"Texnoloji sürəti təkcə ekspertlərə deyil, hər kəsə ötürmək lazımdır. Bu gün ən çox üzləşdiyimiz problemlərdən biri Azərbaycan dilində səliqəli, dünyadakı yeniliklərlə ayaqlaşan kontentin azlığıdır. Halbuki ölkəmizdə savadlı insanlar var və bir çox sahələrdə bir çox ölkələrdən daha öndəyik".
Bakıvaxtı.az xəbər verir kİ, bunu "Smartnation” İnsan İnkişafı Platformasının təsisçisi Şəbnəm Məmmədova "Media Tech Blog the future" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, sosial platformalarda keyfiyyətli kontent yaratmaqda çətinlik çəkirik, çox vaxt ədəb normaları pozulur və paylaşımlar peşəkarlıqdan uzaq olur. Ş.Məmmədova qeyd edib ki, halbuki dünyada alternativ enerji kimi mühüm sahələrdə belə düzgün və maarifləndirici kontent formalaşdırılır:
"İkinci Qarabağ müharibəsi zamanı türklərin müdafiə strategiyası ilə fəxr edirdik. Arzu edilən isə o olardı ki, həmin dövrdə istifadə edilən texnologiyalar, xüsusən də yerli texnologiyalar, məhz özümüz tərəfindən yaradılmış olsun. Təəssüf ki, ölkəmizdə yerli texnoloji məhsulların sayı hələ də azdır. Gənclər, eləcə də platforma nümayəndələri dövlətin milli ruhunu və cəmiyyətin inkişafını əsas tutaraq, katalizator rolunu üzərlərinə götürə bilərlər. Bu yanaşma ilə sözügedən istiqamətlərdə cəmiyyətdə keyfiyyətli, doğru və sağlam satira nümunələri yaratmaq mümkündür".
Aynur Babazadə
Bakı 



