“Teleqram messenceri hələlik Rusiyada bloklanma təhlükəsi altında deyil”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsi sədrinin müavini Andrey Svintsov məlumat verib.
Deputat bildirib ki, teleqramın rəhbərliyi hazırda “Roskomnadzor” və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir:
“Buna görə də insanlarımız bu platformadan daha uzun müddət istifadə edə biləcəklər. Lakin ümumilikdə gələcəkdə ölkədə əksər xarici xidmətlərə çıxış məhdudlaşdırıla bilər. Buna səbəb isə həmin xidmətlərin Amerika xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsidir”.
Qeyd edək ki, dekabrın 4-də “Roskomnadzor” “Apple”ın “FaceTime” xidmətinə qarşı məhdudiyyətlər tətbiq edildiyini bəyan edib. Qurum bəyan edib ki, bu servislərdən terrorçular və dələduzlar istifadə edir. Dövlət Dumasında vurğulanıb ki, “Apple” Rusiyanı tərk edib və faktiki olaraq ölkəyə qarşı müharibəni maliyyələşdirir./Qafqazinfo
Bakı 



