• Bakı 16° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

Xaqani bağının yaxınlığındakı 888, 444 və 777 nömrəli maşınlar kimindir?

CƏMİYYƏT

18 Noyabr 2025 | 11:59

Xaqani bağının yaxınlığındakı 888, 444 və 777 nömrəli maşınlar kimindir?

Bakının mərkəzində çəkilən görüntülər müzakirələrə səbəb olub.

Bakıvaxtı.az milli.az-a istinadən xəbər verir ki, restoranlardan birinin qarşısında 888, 444 və 777 nömrələri ilə avtomobillər parklanması geniş müzakirələrə yol açıb.

Həmin ərazidəki qanunsuz parklanmanın şəklini çəkən sosial şəbəkə istifadəçisi AYNA-nın əməkdaşlarını rüşvət almaqda ittiham edib.

AYNA isə şəklə reaksiya verərək həmin avtomobillərinin sürücülərinin sözügedən ərazidə yaşadığını qeyd edib:

"Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyinin yaydığı məlum məlumatla bağlı yoxlama aparılıb. Şəkillərdə göstərilən avtomobillərin həmin ərazidə yerləşən yaşayış binalarında rəsmi qeydiyyatda olan sakinlərə məxsus olduğu müəyyən edilib.

Bir daha bildiririk ki, bu əraziyə yalnız yaxınlıqdakı binalarda qeydiyyatda olan şəxslər və kommunal xidmətlərlə yanaşı operativ xidmət avtomobilləri daxil ola bilər".

Xatırladaq ki, bu ilin 17 mart tarixindən etibarən həftə sonları Xaqani bağının yaxınlığındakı küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.


SON XƏBƏRLƏR

17 Noyabr 2025