• Bakı 15° C

    5.94 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

“Apple” "Mac Pro" ilə bağlı qərar verdi

DÜNYA

18 Noyabr 2025 | 09:09

“Apple” Mac Pro ilə bağlı qərar verdi

ABŞ-nin “Apple” şirkəti artıq özünün ən bahalı kompüteri olan “Mac Pro” modelini yeniləməyi planlaşdırmır.

Bakıvaxtı.az-ın “Bloomberg”ə istinadən məlumatına görə, 2023-cü ilin ortalarında satışa çıxarılan son “Mac Pro” versiyası köhnəlmiş “M2 Ultra” prosessoru ilə işləyir və ilk dəfə 2019-cu ildə təqdim olunan eyni dizayna malikdir.

Şirkət mənbələri bildirir ki, bu modelin növbəti versiyası, çox güman ki, hazırlanmayacaq.

Qeyd edək ki, “Mac Pro” “Apple”ın ən yüksək qiymətli kompüteridir və hazırda 7 min dollara satılır. Onun yerini tədricən daha güclü “M4 Max” çipi və 36 GB RAM-la təchiz edilən, qiyməti isə xeyli aşağı – 2 min dollardan başlayan “Mac Studio” modeli tutur.


SON XƏBƏRLƏR

17 Noyabr 2025