• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Mərdəkan sakinlərinin NƏZƏRİNƏ: Bu gün saat 10-dan...

CƏMİYYƏT

18 Noyabr 2025 | 08:48 | Müəllif: Qalib İbrahimoğlu

Mərdəkan sakinlərinin NƏZƏRİNƏ: Bu gün saat 10-dan...

Mərdəkan qəsəbəsinin bir hissəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a "Azərişıq"dan bildirilib.

Məlumata görə, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 35/6 kV-luq “Şağan-1” yarımstansiyasında 148 saylı Komplekt Transformator Məntəqəsindən (KTM) çıxan 6 kV-luq hava xəttində təmir işi aparılacaq.

    Məlumata görə, qeyd olunanalarla əlaqədar olaraq 18 noyabr tarixində saat 10:00-dan 16:00-dək Mərdəkan qəsəbəsi 28 may və Cəfər Rəmzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Noyabr 2026