Hindistanın dövlət neft emalı zavodları gələn ildən başlayaraq ABŞ-dən 2,2 milyon ton mayeləşdirilmiş qaz idxalı üçün ilk uzunmüddətli müqavilə imzalayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Blumberq” nəşri məlumat yayıb.
Qeyd olunur ki, bu, Vaşinqton və Yeni Dehli arasında ticarət sazişinin bağlanmasına təkan verə və ABŞ qazının Hindistana ixracını əhəmiyyətli dərəcədə artıra bilər. Hindistanın neft naziri Hardip Puri bildirib ki, müqavilə ölkədə Amerika mənşəli mayeləşdirilmiş qazın payını 0,6%-dən 10%-ə yüksəldəcək.
Bu kontekstdə bildirilir ki, Hindistanda mayeləşdirilmiş qazın istehlakı son on ildə 74% artıb. Buna Baş nazir Narendra Modinin aztəminatlı ailələrin biokütlədən daha təmiz yemək bişirmə yanacağına keçidinə kömək etməyə yönəlmiş kampaniyası səbəb olub.
Jurnalistlər imzalanmış müqaviləni Hindistan və ABŞ arasında enerji əlaqələrini gücləndirməyə yönəlmiş strateji addım kimi qiymətləndirirlər. Çünki Yeni Dehli ABŞ bazarına ixrac edilən Hindistan məhsullarına tətbiq olunan rüsumların azaldılması məqsədilə Vaşinqtonla ticarət sazişi bağlamağa çalışır.
Bakı 



