Xırdalanda fərdi yaşayış evində kişi meyiti aşkarlanıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi 6-cı küçə, ev 119 ünvanında yaşayan 1965-ci il təvəllüdlü Hümbət Hüseynovun meyiti 17.11.2025-ci il tarixdə axşam 20 radələrində onunla qonşuluqda yaşayan oğlu tərəfindən aşkar edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
Bakı 



