• Bakı 16° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

Böyük Britaniyadan hərbçilərə avtomobil QADAĞASI

DÜNYA

18 Noyabr 2025 | 10:36

Böyük Britaniyadan hərbçilərə avtomobil QADAĞASI

Böyük Britaniya Müdafiə Nazirliyi Çinin dinləmə cihazları vasitəsilə gizli məlumatları əldə edə biləcəyi təhlükəsi səbəbindən hərbi qulluqçulara avtomobillərin içində xidməti məsələləri müzakirə etməyi qadağan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat verib.

Məlumata görə, hərbçilərin və hərbi texnikanın daşınması üçün istifadə edilən xidməti avtomobillərin idarəetmə panellərinə mümkün dinləmə ilə bağlı xəbərdarlıq stikerləri yapışdırılıb:

"Avtomobildə RƏSMİ xarakterli məlumatların müzakirəsindən çəkinin".

Daha əvvəl isə Böyük Britaniya Müdafiə Nazirliyi öz əməkdaşlarına Çin istehsalı olan elektromobillərin sükanı arxasında iş məsələlərini müzakirə etməyi qadağan edib və bunu hakimiyyətin narahatlığı ilə əsaslandırıb ki, Çin istehsalı olan belə maşınlar Britaniya vətəndaşlarını izləmək üçün istifadə edilə bilər.


SON XƏBƏRLƏR

17 Noyabr 2025