• Bakı 16° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

Niderland Krallığı ilə bu sahədə birgə tədqiqat imkanları nəzərdən keçirilib

    İQTİSADİYYAT

    18 Noyabr 2025 | 12:34

    Niderland Krallığı ilə bu sahədə birgə tədqiqat imkanları nəzərdən keçirilib

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Niderland Krallığının Şərqi Avropa üzrə rəhbəri Karolayn Ramaekers, Niderland Xarici İşlər Nazirliyinin baş məsləhətçisi Rebel Reyper, Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri Marian de Yonq, səfirin müavini Yohannes Kirpestein və səfirliyin baş məsləhətçisi Şəhla Balakişiyevadan ibarət nümayəndə heyəti ilə görüşüb.

    Mərkəzdən Bakıvaxtı.az-a bildirilib ki, görüşdə Azərbaycanın sosial-iqtisadi inkişaf gündəliyi, xüsusilə yaşıl enerji və iqlim dayanıqlığı, rəqəmsal transformasiya, Orta Dəhliz, tranzit daşımaları, ixrac potensialının genişləndirilməsi və dövlət–özəl sektor tərəfdaşlığı istiqamətlərində məsələlər müzakirə olunub.

    Həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində həyata keçirilən fəaliyyətlər barədə qonaqlara məlumat verilib.

    Niderland tərəfi aqroinnovasiya, su ehtiyatlarının idarə edilməsi, davamlı ərzaq sistemləri, dairəvi iqtisadiyyat və bərpaolunan enerji sahələrində ikitərəfli təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, regional və qlobal dəyər zəncirlərinə inteqrasiya, logistika dəhlizləri və innovasiya maliyyələşmə alətləri üzrə birgə tədqiqat və təşəbbüslərin inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib.

    Görüşün sonunda qonaqlara İİTKM və OECD tərəfdaşlığı çərçivəsində hazırlanan “Orta Dəhliz” kitabı təqdim edilib.


    SON XƏBƏRLƏR

    17 Noyabr 2025