Bakıda fəaliyyət göstərən məşhur "Residence Cinema Club"un yerləşdiyi qeyri-yaşayış sahəsi müsadirə olunub.
Bakıvaxtı.az "Teleqraf"a istinadən xəbər verir ki, Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, 58 ünvanında yerləşən obyekt dövlət hərracında satılacaq.
Sahəsi 241 kvadratmetr olan, 10 otaqdan ibarət ictimai-iaşə obyektinin hazırkı hərrac qiyməti 446 min manatdır.
Qeyd edək ki, "Residence Cinema Club"un yerləşdiyi məkanın hansı səbəbdən müsadirə edildiyi hələlik bəlli deyil.
Bakı 




