• Bakı 16° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

Zelenski korrupsiya böhranı fonunda deputatlarla görüşə bilər

DÜNYA

18 Noyabr 2025 | 12:50

Zelenski korrupsiya böhranı fonunda deputatlarla görüşə bilər

Ukrayna prezidenti Volodimir Zelenskinin korrupsiya qalmaqalı fonunda bu həftə Ali Rada rəhbərliyi və hakim Xalqın Qulluqçusu fraksiyasının üzvləri ilə görüşü planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Zelenski özü açıqlayıb.

Bazar ertəsi Ukraynanın Avropa Həmrəyliyi (ES) və Holos partiyaları rəsmi olaraq Zelenskidən, Prezident Administrasiyasının rəhbəri Andriy Yermakdan hökuməti istefaya göndərməyi, yeni parlament koalisiyası yaratmağı və yeni kabinet təyin etməyi tələb ediblər.

"Cümə axşamı – Qərargahın hazırlanmasını əmr etdim. Bu həftə rəsmi şəxslərlə müzakirələr və Ali Rada rəhbərliyi və Xalqın Qulluqçusu fraksiyasının üzvləri ilə görüş olacaq. Mən bir sıra zəruri qanunvericilik təşəbbüsləri və ölkəmizə lazım olan fundamental, sürətli qərarlar hazırlayıram", - deyə Zelenski öz teleqram kanalında bildirib.
 


SON XƏBƏRLƏR

17 Noyabr 2025