• Bakı 22° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

67 min manatlıq oğurluq edənlər saxlanılıb

HADİSƏ

18 Noyabr 2025 | 09:16

67 min manatlıq oğurluq edənlər saxlanılıb

Dəmir yolundan 67 min manatlıq dəmir konstruksiyalar oğurlayan şəxslər saxlanılıblar.

Bakıvaxtı.az xəbər verir ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Sumqayıt şəhərində stansiya ərazisində olan metal anbarından müxtəlif ölçülü relsləri oğurlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.

Həmin şəxslər - əvvəllər məhkum olunmuş Xızır Hüseynov, Xudabaxış Ağayev, Akaş Paşayev və Sədat Elbruszadə ümumi çəkisi 109 ton metal qurğuları oğurlayaraq dəmir yollarına 67 min manat maddi ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Iyun 2026