• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şimali Koreya nüvə silahı ilə bağlı xəbərdarlıq etdi

DÜNYA

18 Noyabr 2025 | 14:18 | Müəllif: Qalib İbrahimoğlu

Şimali Koreya nüvə silahı ilə bağlı xəbərdarlıq etdi

KXDR Cənubi Koreyanın mümkün atom sualtı qayığı əldə etməsi imkanının qlobal silahlanma yarışına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi İnformasiya Agentliyinin məlumatında deyilir.

“Koreya Respublikasının atom sualtı qayığı əldə etməsi imkanı nüvə silahını inkişaf etdirmək üçün strateji addımdır və bu, bölgədə silahlanma yarışını təhrik edəcək”, - deyə məlumatda bildirilir.

Seulun planlarını tənqid edən Pxenyan Şimali Koreyanın suverenliyini və təhlükəsizlik maraqlarını, habelə Koreya yarımadasında sülhü qorumaq üçün cavab tədbirləri görəcəyini vurğulayıb.

Qeyd edək ki, oktyabrın 30-da ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın atom sualtı qayığı hazırlamasına razılıq verdiyini açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR