• Bakı 15° C

    6.68 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

Daha 15 ailə Xıdırlıya döndü - FOTO - YENİLƏNİB

CƏMİYYƏT

18 Noyabr 2025 | 14:31

Daha 15 ailə Xıdırlıya döndü - FOTO - YENİLƏNİB

Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb, açarlar sakinlərə təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Xıdırlı kəndinə ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 15 ailə (57 nəfər) köçürülüb.

Açarların təqdimetmə mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

13:50

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 15 ailə, 57 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


SON XƏBƏRLƏR

17 Noyabr 2025