• Bakı 16° C

    6.68 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

Yunanıstanda dəmir yolu işçiləri 24 saatlıq tətilə başlayıblar

    DÜNYA

    18 Noyabr 2025 | 14:55

    Yunanıstanda dəmir yolu işçiləri 24 saatlıq tətilə başlayıblar

    Yunanıstanın “Hellenic Train” milli dəmir yolu şirkətinin işçiləri və maşinistləri ölkə üzrə keçirilən 24 saatlıq tətil aksiyasına başlayıblar. 

    Bakıvaxtı.az xəbər verir ki, əsas tələb sahənin uzunmüddətli problemlərinin, gecikmələrin, köhnə təkərli vaqonların, işçi çatışmazlığının və iş şəraitinin təhlükəli olmasının aradan qaldırılmasıdır.

    Dəmir yolu işçilərinin peşə birliyi bildirir ki, tətil müddətində yalnız minimum xidmətlər göstəriləcək, bir çox qatarlarda hərəkət ləğv ediləcək və sərnişinlər alternativ olaraq avtobuslarla terminal stansiyalardakı son dayanacaqlarına çatdırılacaqlar. Tətilə səbəb kimi isə şirkətin iş şəraiti və təhlükəsizlik standartlarına laqeydliyi göstərilir.

    Yunanıstanın nəqliyyat sektorunda baş verən bu insident bölgədə işçi hüquqları, infrastrukturun vəziyyəti və ictimai nəqliyyatın dayanıqlılığı baxımından beynəlxalq auditoriyada da diqqəti cəlb edir.


    SON XƏBƏRLƏR

    17 Noyabr 2025