Yaponiyanın Baş naziri Sanae Takaiçinin Tayvanla bağlı şərhindən sonra Çində ən azı iki yapon filminin nümayişi dayandırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.
Çin Dövlət yayımı CCTV yapon filmlərinin nümayişinin dayandırılması qərarını ölkədəki əhval-ruhiyyəni əks etdirən “ağıllı qərar” adlandırıb.
Bundan əvvəl Takaiçi bildirmişdi ki, Çinin Yaponiyanı təhdid edərək Tayvan üzərində zorla nəzarəti bərqərar etmək cəhdi hərbi reaksiyaya səbəb ola bilər.
Bakı 



