• Bakı 15° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

Xocalının Seyidbəyli kəndinə növbəti köç olub

CƏMİYYƏT

18 Noyabr 2025 | 17:04

Xocalının Seyidbəyli kəndinə növbəti köç olub

Noyabrın 18-də Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç baş tutub.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, bu mərhələdə Seyidbəyli kəndinə 36 nəfərdən ibarət 11 ailə köçürülüb.

Onlar uzun illər respublikanın müxtəlif bölgələrində, xüsusilə yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Bu gün Seyidbəyliyə qayıdan sakinlərə mənzillərin açarları təqdim edilib.

Qeyd edək ki, əvvəlki mərhələlərdə kəndə 27 ailə, yəni 91 nəfər köçürülüb.


SON XƏBƏRLƏR