• Bakı 19° C

    13.74 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turunun ilk sessiyası başa çatdı - YENİLƏNİB

İDMAN

20 Sentyabr 2025 | 16:43

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turunun ilk sessiyası başa çatdı - YENİLƏNİB

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turunun ilk sessiyası başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakıda keçirilən yürüşün ilkin nəticəsinə əsasən 16-20-ci pilləni tutan pilotlar növbəti sessiyanı buraxacaqlar.

Bununla da Franko Kolapinto ("Alpin"), Niko Hülkenberq ("Zauber"), Esteban Okon ("Haas"), Pyer Qasli ("Alpin"), eləcə də Aleksandr Albon ("Uilyams") ikinci sessiyada iştirak edə bilməyəcəklər.

***

16:08

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, yarışda 10 komanda mübarizə aparır. Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vuracaqlar.

Üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəni “McLaren” komandasının pilotu Lando Norris göstərib. Ötən gün keçirilmiş birinci sərbəst yürüşdə L.Norris, ikinci sərbəst yürüşdə isə "Ferrari"də çıxış edən Luis Hemilton birinci olublar.

Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.


SON XƏBƏRLƏR