• Bakı 18° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Azərbaycan Premyer Liqasında mövsümün rekordu

İDMAN

20 Oktyabr 2025 | 13:10

Azərbaycan Premyer Liqasında mövsümün rekordu

Misli Premyer Liqasının 8-ci turu yüksək məhsuldarlıqla əlamətdar olub. Keçirilən 6 qarşılaşmada 24 qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, “Şamaxı” – “Kəpəz” (1:4) və “Sumqayıt” – “Karvan-Yevlax” (4:1) oyunlarında 5, “Neftçi” – “Araz-Naxçıvan” və “İmişli” – “Qəbələ” (hər ikisi 2:2) matçlarında 4, “Turan Tovuz” – “Qarabağ” (1:2) və “Sabah” – “Zirə” (3:0) qarşılaşmalarında 3 qol vurulub.

Bu, cari mövsümün yeni məhsuldarlıq rekordudur. Bunadək ən yüksək göstərici 18 qolun (orta hesabla 3,00) vurulduğu V tura təsadüf etmişdi.

Orta məhsuldarlığın ən azı 4 olması son 4 mövsümdə ilk dəfə yaşanır. Sonuncu belə hal 2021/22 mövsümünün X turunda qeydə alınıb. Həmin vaxt 4 oyunda 17 qol vurulub və məhsuldarlıq 4,25-ə bərabər olub.

Qeyd edək ki, 2021-ci il noyabrın 6-7-də keçirilən həmin turda “Sabah” – “Zirə” (3:3), “Şamaxı” – “Neftçi” (3:2), “Səbail” – “Qəbələ” (0:2) və “Sumqayıt” – “Qarabağ” (0:4) görüşləri baş tutub.


SON XƏBƏRLƏR

19 Oktyabr 2025