• Bakı 14° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

“Dili mükəmməl bilməsəm də...” - Şahruddin tənqidlərə cavab verdi

İDMAN

19 Noyabr 2025 | 00:51

“Dili mükəmməl bilməsəm də...” - Şahruddin tənqidlərə cavab verdi

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev ona ünvanlanan tənqidlərlə cavab verib.

Bakıvaxtı.az xəbər verir ki, təcrübəli qolkiper bu barədə instaqram hesabında paylaşım edib.

"Allaha həmd olsun ki, mən Azərbaycanda yaşayıram. Qalib bir ölkəni təmsil etdiyim üçün xoşbəxtəm. Dili tam mükəmməl bilməsəm də, qəlbim hər zaman Azərbaycanladır", - deyə o, bildirib.

Qeyd edək ki, Ş. Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə oyundan (3:1) sonra jurnalistlərə açıqlamasında Azərbaycan dilində səlis danışa bilməməsi səbəbindən sosial şəbəkələrdə tənqid olunmuşdu.

Onu da bildirək ki, həmin matçda zədələnən qapıçı 2-3 ay meydanlardan uzaq qalacaq.


SON XƏBƏRLƏR

18 Noyabr 2025