Seneqallı gənc qolkiper Çeyk Tura ölü tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, bir müddət öncə qaçırılan futbolçunun cəsədi Qanada aşkarlanıb.
Onun insan alverçilərinin qurbanı olduğu bildirilir. Belə ki, onlar futbolçuya peşəkar klubların biri ilə müqavilə imzalayacağına dair söz veriblər. Daha sonra isə ailəsindən pul tələb ediblər.
Pulu ala bilmədikləri üçün isə futbolçunu öldürdükləri deyilir.