• Bakı 18° C

    8.92 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

20 yaşadək futbolçular arasında dünya çempionu oldular

İDMAN

20 Oktyabr 2025 | 10:00

20 yaşadək futbolçular arasında dünya çempionu oldular

20 yaşadək futbolçular arasında dünya çempionatının qalibi müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, Çilidə keçirilən turnirin finalında Argentina Mərakeşlə üz-üzə gəlib.

Qarşılaşma Mərakeş millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mərakeşin heyətində hər iki qolu 20 yaşlı hücumçu Yassir Zabiri rəqib qapısından keçirib.

Beləliklə, Mərakeş 42 ildən sonra 20 yaşadək futbolçular arasında dünya çempionatının finalında Argentinanı məğlub edən ilk komanda olub.

Bürünc medal uğrunda görüşdə isə Kolumbiya Fransanı üstələyib - 1:0.

Qeyd edək ki, U-20 dünya çempionatı 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək.


SON XƏBƏRLƏR

19 Oktyabr 2025