• Bakı 19° C

    13.74 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Azərbaycan cüdoçuları dünya çempionatında iştirak edəcəklər

İDMAN

20 Sentyabr 2025 | 15:30

Azərbaycan cüdoçuları dünya çempionatında iştirak edəcəklər

 Azərbaycanın gənc cüdoçuları Perunun paytaxtı Limada dünya çempionatında iştirak edəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, yığma mötəbər yarışda ümumilikdə 5 çəki dərəcəsində 8 idmançı ilə (6 oğlan, 2 qız) təmsil olunacaq.

Cüdoçularımıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, gənc qızlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Oğlanlar arasında Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq), Məhəmməd Musayev, Nizami İmranov (hər ikisi 66 kq), Süleyman Şükürov, (81 kq) və Ramazan Əhmədov (+100 kq) qalib olmaq üçün mübarizə aparacaq.

Qızların yarışında isə Xədicə Qədəşova və Aydan Vəliyeva (hər ikisi 52 kq) fəxri kürsüdə yer almağa çalışacaqlar.

Qeyd edək ki, oktaybrın 5-dən 8-dək keçiriləcək dünya çempionatında 66 ölkədən 454 idmançı (242 oğlan, 212 qız) mübarizə aparacaq.


SON XƏBƏRLƏR