• Bakı 19° C

    14.65 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Azərbaycan Qran-prisi: "Formula 2"də sprint yarışının qalibi bəlli oldu - YENİLƏNİB

İDMAN

20 Sentyabr 2025 | 15:09

Azərbaycan Qran-prisi: Formula 2də sprint yarışının qalibi bəlli oldu - YENİLƏNİB

 Bakı keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi bəlli olub.

Bakıvaxtı.az-ın məlumatına görə, "Hıtech TGR"dən Dino Beqanoviç bütün rəqiblərini qabaqlayıb.

Onun komanda yoldaşı Luk Brouninq ikinci yeri tutub.

Ötən gün "Formula 2"nin sərbəst yürüşündə "Rodin Motorsport" komandasından Aleks Dann, sıralama turunda isə "Dams Lukas Oil"dən Cek Krouford birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

***

14:23

Bakı keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, mübarizəyə saa 14:15-də start verilib.

Ötən gün "Formula 2"nin sərbəst yürüşündə "Rodin Motorsport" komandasından Aleks Dann, sıralama turunda isə "Dams Lukas Oil"dən Cek Krouford birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.


SON XƏBƏRLƏR

19 Sentyabr 2025