• Bakı 22° C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Eldəniz Əzizli Zaqrebdə bürünc medal qazanaraq rekordunu rəsmiləşdirdi

İDMAN

19 Sentyabr 2025 | 22:31 | Müəllif: Subhan Mahmudov

Eldəniz Əzizli Zaqrebdə bürünc medal qazanaraq rekordunu rəsmiləşdirdi

Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.

Azərbaycan təmsilçilərindən Eldəniz Əzizli (55 kiloqram) bürünc medal görüşündə qırğızıstanlı Ulan Uulu ilə qarşılaşıb. Rəqibinə elə ilk hissədə tam üstünlüklə (9:0) qalib gələn millimizin kapitanı dünya üçüncüsü olub. Beləliklə, karyerasında 7-ci dəfə böyüklər arasında fəxri kürsüyə qalxan (4 qızıl, 3 bürünc) Eldəniz bu göstəricidə Azərbaycan güləşinin yeni rekordçusu olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR