• Bakı 25° C

    7.83 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1091

Qadın güləşçimiz dünya çempionatında finala vəsiqə qazanıb

İDMAN

20 Avqust 2025 | 19:30

Qadın güləşçimiz dünya çempionatında finala vəsiqə qazanıb

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında finala yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, 62 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda türkiyəli Büşra Efeyə tam üstünlüklə qalib gəlib.

R. Məmmədova həlledici qarşılaşmada çinli Yanqjen Yanqjenlə üz-üzə gələcək. Görüş avqustun 21-də keçiriləcək.

Qeyd edək ki, Günay Qurbanova (59 kiloqram) isə bu gün bürünc medal uğrunda qarşılaşmada kanadalı Ella Findinqi sınağa çəkəcək.


SON XƏBƏRLƏR