• Bakı 28° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.1634

Salifu Suma "Zirə"dən ayrılıb

İDMAN

22 Iyul 2025 | 17:53

Salifu Suma Zirədən ayrılıb

Salifu Suma "Zirə"dən ayrılıb

Bakıvaxtı.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"a (Xorvatiya) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında bildirib.

"O, bu gün bizimlə sağollaşdı və yeni klubuna yollandı. Sumanın görüşlərini izləyəcəyik. Ona yeni klubunda uğurlar arzulayırıq. Yeni komandasının adını isə çəkmək istəmirəm. Tm olaraq rəsmiləşəndən sonra hər kəs biləcək" - deyə, R.Sadıqov söyləyib.

Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.


SON XƏBƏRLƏR

23 Iyul 2025