• Bakı 26° C

    9.17 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

"Liverpul"un əfsanəsi vəfat etdi - FOTO

İDMAN

22 Iyul 2025 | 17:06

Liverpulun əfsanəsi vəfat etdi - FOTO

"Liverpool" və "Wrexham" klublarının əfsanəvi futbolçusu Coey Cons 70 yaşında dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, uelsli keçmiş müdafiəçi bir müddət davam edən xəstəlikdən sonra vəfat edib.

1975-ci ildə doğma klubu "Wrexham"dan "Liverpool"a transfer olunan Cons "Anfield"də keçirdiyi üç il ərzində azarkeşlərin sevimlisinə çevrilmişdi. Sol cinah müdafiəçisi kimi çıxış edən Coey Cons, uşaqlıqdan "Liverpool" azarkeşi idi və bu klubda olmağı onun üçün bir arzu idi.

Cons "Liverpool"da çıxış etdiyi dövrdə aşağıdakı titulları qazanıb:

İngiltərə çempionluğu, iki dəfə Avropa Kuboku (European Cup) ,UEFA Superkuboku


SON XƏBƏRLƏR

22 Iyul 2025