• Bakı 26° C

    9.17 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Azərbaycanın məktəbli boksçuları Avropa birinciliyində iştirak edəcəklər

İDMAN

22 Iyul 2025 | 17:40

Azərbaycanın məktəbli boksçuları Avropa birinciliyində iştirak edəcəklər

İyulun 23-də Serbiyanın Zlatibor şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi start götürəcək.

Boks Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, 5 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Məşqçilər korpusu turnirdə Babək Abdullayev (40 kiloqram), Məhəmməd Kazımzadə (42 kiloqram), Sahib Baxışlı (44 kiloqram), Nuran Yusibli (46 kiloqram), Abbasəli Məmmədli (48 kiloqram), Elcan Musazadə (50 kiloqram), Məhəmməd Əli (52 kiloqram), Fərhad Quliyev (54 kiloqram), Sabir Rüstəmov (57 kiloqram), Amid Ələkbərov (60 kiloqram), Sərxan Haqverdiyev (63 kiloqram), Nurlan Müseyibli (66 kiloqram), Zirəddin Rüstəmli (70 kiloqram), Yusif Ağakişiyev (75 kiloqram), Mehran Rəsulov (80 kiloqram), Ərdəm Təkin (90 kiloqram), Nəsrin Abdullazadə (38 kiloqram), Tunca Mürşüdova (42 kiloqram), Fatimə Məmmədli (44 kiloqram), Aysan Miriyeva (46 kiloqram), Nuray Qafarova (48 kiloqram), Leyla Mahmudlu (51 kiloqram), Kəmalə Həsənova (54 kiloqram), Emiliya Beydullayeva (57 kiloqram) və Xumar Cəfərliyə (70 kiloqram) şans verəcək.

Qalib Əbiyev isə birincilikdə hakimlər sırasında yer alacaq.


SON XƏBƏRLƏR

22 Iyul 2025