• Bakı 31° C

    6.54 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Yaxşı və istəkli komandaya qarşı oynayacağıq - Qurban Qurbanov

İDMAN

22 Iyul 2025 | 22:59

Yaxşı və istəkli komandaya qarşı oynayacağıq - Qurban Qurbanov

Yaxşı və istəkli komandaya qarşı oynayacağıq.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyada "Şelburn"la keçirəcəkləri ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, rəqibin keyfiyyətli komanda olduğunu bildirib: "Şelburn"un özünəməxsus oyun üslubu var. Onlar fiziki cəhətdən güclü futbolçulara sahibdirlər. Həmçinin intizamlı komandadır. Bizdən daha erkən mövsümü açdılar. Rəqibin əsas müsbət tərəflərindən biri də hücuma çıxmasıdır. Standart vəziyyətlərdə daha təhlükəli olurlar".

"Tolka Park"da keçiriləcək "Şelburn" - "Qarabağ" görüşü iyulun 23-ü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 


SON XƏBƏRLƏR

22 Iyul 2025