• Bakı 25° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Vulkana qalxan gənc turist ölüb

DÜNYA

22 Iyul 2025 | 15:52

Vulkana qalxan gənc turist ölüb

Meksikada sönmüş vulkanın yamacında donmuş yeniyetmə tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Məlumata görə, 14 yaşlı Paolo Sançes Karrasko təkbaşına "İztaksihuatl" vulkanına qalxmaq qərarına gəlib. Səfər zamanı o, bələdçi və avadanlıq olmadan zirvəyə qalxdığını etiraf etdiyi bir video çəkib.

“Olar ki, burada gecə hava temperaturu mənfi iki dərəcəyə düşür. Hətta yuxu torbası da götürməmişəm və sığınacaqdan çox uzağam”, – deyə o, izləyicilərinə bildirib.

Qısa müddət sonra yeniyetmə ilə əlaqə kəsilib. Onun axtarışına xilasedicilər göndərilib.

Üç gün sonra 4700 metr yüksəklikdə cansız vəziyyətdə tapılıb.

Qeyd olunub ki, gənc turistin çatdığı ikinci aşırım səviyyəsində güclü fırtına baş verib.

Hadisə ilə bağlı Meksika polisi araşdırma aparır.

Mina Mikayılova


SON XƏBƏRLƏR

07 Sentyabr 2025
06 Sentyabr 2025