• Bakı 26° C

    10.76 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Musiqiçini maşın vurub öldürdü - Foto

HADİSƏ

22 Iyul 2025 | 13:43

Musiqiçini maşın vurub öldürdü - Foto

Bakı şəhər Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində avtomobil Ağcabədi rayon sakini Mais Cəfərovu vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib.

Bildirilib ki, hadisədən əvvəl M.Cəfərovun maşınının benzini bitibmiş. O, avtomobilinə benzin almaq istəyərkən bədbəxt hadisə ilə üzləşib.

“Unikal”ın məlumatına görə, M.Cəfərov sintezator ifaçısı imiş.

 



SON XƏBƏRLƏR