• Bakı 27° C

    19.52 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1091

İrandan 13 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

HADİSƏ

21 Avqust 2025 | 10:40

İrandan 13 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinın ətibarlı mühafizəsinin təmin ədilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Bu barədə Bakıvaxtı.az-a DSX-nin Məbuat Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, avqust ayının 17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

    Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 13 kiloqram 100 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


    SON XƏBƏRLƏR

    20 Avqust 2025