• Bakı 27° C

    19.52 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1091

ABŞ Milli Kəşfiyyat İdarəsinin ştatı 40 faiz azaldılacaq

DÜNYA

21 Avqust 2025 | 11:15

ABŞ Milli Kəşfiyyat İdarəsinin ştatı 40 faiz azaldılacaq

ABŞ Milli Kəşfiyyat İdarəsinin (ODNI) ştatı 40 faiz azaldılacaq.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun direktoru Tulsi Qabbardın açıqlamasında deyilir.

Onun sözlərinə görə, son 20 ildə kəşfiyyat şişirdilmiş və səmərəsiz bir struktura çevrilib. Qurumun optimallaşdırılması obyektiv kəşfiyyat məlumatlarının təqdim edilməsini təmin etməyə, həmçinin vergi ödəyicilərinin pullarına qənaət etməyə və xalqın etimadını bərpa etməyə kömək edəcək.

İşçi heyətinin ixtisara salınması nəticəsində ildə təxminən 700 milyon dollara qənaət ediləcəyi gözlənilir.

Bundan əlavə, məlumat bülletenində Kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə mərkəzi, Zərərli xarici təsirə qarşı mübarizə mərkəzi və Kibertəhdidlər haqqında kəşfiyyat məlumatlarının inteqrasiyası mərkəzində ixtisarların aparıldığı bildirilir.


SON XƏBƏRLƏR

20 Avqust 2025