Muğlanın Köyceğiz və Antalyanın Alanya rayonlarında başlayan meşə yanğınlarına müdaxilə ikinci gündür davam edir.
Bakıvaxtı.az xəbər verir ki, Muğlada Akköprü və ətraf kəndlərdən 218 ev boşaldılıb, yüzlərlə sakin və təsərrüfat heyvanı təhlükəsiz ərazilərə köçürülüb.
Yanğın ərazisinə 143 ədəd yanğınsöndürən maşın, 10 təyyarə, 14 helikopter və yüzlərlə xilasedici cəlb olunub.
Belə ki, Antalyada alovlar Şıhlar kəndinə qədər yayılıb və evlərdən sakinlərin təxliyəsi aparılıb.
Güclü külək səbəbindən çətinləşən şəraitə baxmayaraq, yanğınsöndürənlər alovları nəzarət altına almağa çalışırlar.
Əli Hüseynov