Ukrayna prezidenti Vladimir Zelenski Amerika mediasına müsahibəsində bu ölkə prezidenti Donald Trampı Vladimir Putinə qarşı mövqeyini sərtləşdirməyə çağırıb və onun rusiyalı həmkarının HƏMAS-dan əmasdan daha güclü olduğuna inandırıb.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, NBC telekanalına müsahibəsində V.Zelenki bildirib: “Putin HƏMAS-a bənzəyir, lakin ondan güclüdür. Buna görə də Moskvaya daha çox təzyiq göstərmək lazımdır”.
Qeyd edək ki, D.Tramp yanvarda hakimiyyətə qayıdandan sonra Ukrayna və Qəzza zolağında müharibələrə son qoyacağını vəd etmişdi. Bu məqsədlər onun gözlədiyindən daha çətin oldu. Bazar günü Həmas və İsrailin bir-birini atəşkəsi pozmaqda günahlandırdığı üçün ciddi sınaqlara məruz qalan Qəzzada atəşkəsi uğurla təmin etdikdən sonra Respublikaçılar Ukraynada da analoji vəziyyəti yaratmağa çalışır. Cümə günü D.Tramp Ağ Evdə yenidən Vladimir Zelenskini qəbul edib və onu hərbi dəstəyin artırılması ilə bağlı istəklərini eşitməyərək, hərbi əməliyyatları dayandırmağa çağırıb.
Eyni zamanda, D.Tramp Vladimir Putinlə dialoqu yenidən başladıb və iki lider tezliklə Budapeştdə görüşməyə razılaşıblar.
Aydın Baxış