• Bakı 16° C

    6.54 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

BVF Ukraynaya 8 milyard dollarlıq dörd illik proqram təklif etdi

DÜNYA

19 Noyabr 2025 | 01:51

BVF Ukraynaya 8 milyard dollarlıq dörd illik proqram təklif etdi

Ukrayna Beynəlxalq Valyuta Fondundan (BVF) ümumi məbləği 8 milyard dollar olan yeni dördillik maliyyə proqramı üçün təklif alıb. 

Bakıvaxtı.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ali Radanın Büdcə Komitəsinin sədri Roksolana Pidlasa bildirib.

Onun sözlərinə görə, BVF-nin Direktorlar Şurasının gələn ilin yanvarında proqramın işə salınması ilə bağlı yekun qərarı verəcəyi gözlənilir. Həmin vaxt ilk tranşın Ukraynaya çatacağı gözlənilir.

Eyni zamanda R.Pidlasa qeyd edib ki, proqramı işə salmaq üçün Kiyev fondun bir sıra şərtlərini yerinə yetirməli olacaq. Bunlara BVF ilə razılaşdırılmış kəsir çərçivəsində 2026-cı il dövlət büdcəsinin qəbul edilməsi daxildir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Noyabr 2025