ABŞ-nin Şimali Karolina ştatının Steytsvill şəhərindəki regional aeroportda eniş cəhdi zamanı "Cessna C550" biznes-jeti qəzaya uğrayıb.
Bakıvaxtı.az bu barədə "ABC News" telekanalına istinadən xəbər verir.
Təyyarə yerə dəydikdən sonra partlayıb, hadisə yerində yanğınsöndürənlər də daxil olmaqla, təcili yardım xidmətlərinin işçiləri çalışırlar.
N257BW bort nömrəli təyyarə "GB Aviation Leasing" şirkəti üçün qeydiyyatdan keçib ki, bu şirkət də NASCAR yürüşçüsü (Quraşdırılmış Avtomobil Avto Yarışları Milli Assosiasiyası - red.) Qreq Biffllə eyni ünvanda yerləşir.
Qəza zamanı avtoyürüşçü Biffl, onun həyat yoldaşı və uşaqları təyyarədə olublar.
Bakı 




