Polşa hakimiyyəti ölkədə nüvə silahının yerləşdirilməsi ideyasını dəstəkləmir.
Bakıvaxtı.az "TVP Info" telekanalına istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.
XİN rəhbəri vurğulayıb ki, Varşava Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin iştirakçısıdır.
Bu baxımdan Sikorski Polşa üçün nüvə başlıqları əldə etməyə çalışan keçmiş prezident Lex Valensanı tənqid edib.
Qeyd edək ki, sentyabrın 17-də Polşa prezidenti Karol Navroçki Polşa torpaqlarında nüvə silahının yerləşdirilməsi ideyasını dəstəklədiyini bəyan edib.
Gülşən Şərif
Bakı 



