• Bakı 14° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

“Avatar 3”ün yayım tarixi bəlli oldu

ŞOU

19 Noyabr 2025 | 01:10

“Avatar 3”ün yayım tarixi bəlli oldu

Ceyms Kemeronun rejissorluğunu etdiyi “Avatar: Fire and Ash”in (“Avatar: Alov və Kül”) filminin dünya premyerası 2025-ci il dekabrın 19-na planlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ-də premyera bayram mövsümündən maksimum istifadə etmək üçün cümə günü keçiriləcək.

Film yalnız kinoteatrlarda, IMAX və 3D formatlarında nümayiş olunacaq. Ekran vaxtı 195 dəqiqədir ki, bu da Kemeronun filmləri arasında yeni rekorda imza atacaq. Rejissor bildirib ki, bu qədər uzun film hekayənin tam təqdimatı üçün vacibdir. Çəkilişlər Yeni Zelandiyada ən son texnologiyaları ilə aparılıb.

Əsas rollarda, əvvəlki filmdə olduğu kimi, Sem Uortinqton (Ceyk Salli obrazı) və Zoi Saldana (Neytiri) yenidən ekrana qayıdacaq.


SON XƏBƏRLƏR

18 Noyabr 2025