"Google" AI agentlərindən istifadə edərək tapşırıqlar yaratmaq və yerinə yetirmək üçün nəzərdə tutulmuş "Gemini 3 Pro" dil modelini və yeni "Antigravity" agent platformasını təqdim edib.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki , yeniləmələr artıq həm "Google AI" məhsulu abunəçiləri, həm də bəzi pulsuz istifadəçilər üçün əlçatandır.
Şirkətdən verilən məlumata görə, "Gemini 3 Pro"nun önizləməsi əsas meyarlarda "Gemini 2.5 Pro" ilə müqayisədə əhəmiyyətli irəliləyiş nümayiş etdirir və geniş spektrli mürəkkəb tapşırıqları həll etməyə qadirdir. Model sadəcə istifadəçinin gözlədiyi cavabları deyil, vacib məlumatları təmin etməyə diqqət yetirir.
Axtarış AI rejimində yeni modelə açılan menyu vasitəsilə daxil olmaq mümkündür.
"Google" iddia edir ki, sistem sorğu ifadələrini daha yaxşı təhlil edir və daha interaktiv, dəqiq cavablar yaradır.
"Gemini 3 Pro" tezliklə bütün ABŞ istifadəçiləri üçün əlçatan olacaq. "Google AI Pro" və Ultra abunəçiləri artan limitlər əldə edəcəklər.
Gülşən Şərif
Bakı 



