• Bakı 18° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Trampdan jurnalistə sərt cavab: “Sakit ol, donuz” - VİDEO

DÜNYA

18 Noyabr 2025 | 22:51 | Müəllif: Subhan Mahmudov

Trampdan jurnalistə sərt cavab: “Sakit ol, donuz” - VİDEO

ABŞ Prezidenti Donald Tramp media ilə növbəti gərgin dialoq yaşayıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 14-də “Air Force One” təyyarəsində jurnalistlərlə söhbəti zamanı Trampa cinsi cinayətlərdə ittiham edilən Cefri Epşteynlə bağlı sənədlər, xüsusilə də onun adının keçdiyi yeni açıqlanmış üç e-mail barədə sual verilib.

Qadın müxbir Trampdan həmin məktublarda ittiham doğuracaq məqamların olub-olmadığını soruşduqda, o, barmağını jurnalistin üzünə tuşlayaraq sərt reaksiya verib:

“Sakit ol, donuz”.

Prezidentin bu ifadəsi ictimaiyyətdə və mediada ciddi reaksiyalara səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026