• Bakı 15° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

Qəzadan xilas olmaq istəyən sürücü digər maşının altında qaldı

HADİSƏ

18 Noyabr 2025 | 21:09

Qəzadan xilas olmaq istəyən sürücü digər maşının altında qaldı

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın Report-a istinadən məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun rayonun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 31 yaşlı Abbasov Elnur Mehdi oğlu motoblok ilə hərəkətdə olan zaman idarəetməni itirib və "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb.

E.Abbasov özünü xilas etmək məqsədilə asfalt örtüyünə tullanıb, lakin H.Osmanovun idatə etdiyi "Ford Transit" markalı avtomobilin altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR