Fransada İqtisadiyyat Nazirliyinin mənzil sənədlərinin yenilənməsi 2026-cı ildə 7,4 milyon ev üçün əmlak vergisinin artmasına səbəb olacaq.
Bakıvaxtı.az-ın “LeFigaro.fr”ə istinadən verdiyi xəbərə əsasən nazirlik hesabatı təsdiqləyib:
"Bu, vergitutmada səmərəlilik və ədalətlilik məsələsidir: hər kəs sahib olduğu mənzil növünə görə ödəniş etməlidir. Təxminən 32 milyon ev sahibi tərəfindən ödənilən əmlak vergisi, kvadrat metrlə ölçülən səth sahəsinə əlavə olaraq, mənzildə axar su, elektrik enerjisi, tualet və ya lavaboların olması kimi rahatlıq meyarlarına əsaslanır. Bu elementlərin hər birinin olması süni şəkildə nəzərə alınan kvadratmetrlərin sayını və nəticədə əmlak vergisinin məbləğini artırır. Hər mənzil üçün orta hesabla 63 avro artım olacaq”.
Aydın Baxış
Bakı 



