Ukraynadakı korrupsiya qalmaqalı dövlətin ən yüksək səviyyələrini silkələməkdə davam edir.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, noyabrın 11-də Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) enerji sektorunda rüşvətxorluq, mənimsəmə və qanunsuz varlanma ittihamı ilə səkkiz nəfərin ittiham aktını elan edib. Bu sxemin əsas təşəbbüskarının prezident Vladimir Zelenskinin yaxın adamı Timur Mindiş olduğu iddia edilir. İşə cəlb olunan digər şəxslər arasında Ukraynanın yüksək vəzifəli məmurları, o cümlədən ədliyyə naziri və Milli Təhlükəsizlik Şurasının katibi də var. Lakin noyabrın 17-də parlamentin müxalifət üzvləri də Zelenski administrasiyasının əsas fiqurunun - onun aparat rəhbəri Andrey Yermakın istefasını tələb ediblər.
Liberal “Holos” partiyasının deputatı Yaroslav Jeleznyak özünün “YouTube” kanalında Vladimir Zelenskinin bu yaxın adamını korrupsiya sxemlərindən xəbərdar olmaqda ittiham edib. Y.Jeleznyakın sözlərinə görə, Yermak Milli Antikorrupsiya Bürosunun (NABU) istintaq zamanı apardığı minlərlə saatlıq telefon dinləmələri nəticəsində ortaya çıxan “Əli Baba” təxəllüsü (adının baş hərflərinə istinad, Andriy Borisoviç) arxasında duran şəxsdir. Rüşvət və rüşvətdən bəhs edən digər təxəllüslər də üzə çıxıb: Roket, Çe Gevara, Şəkər adam... Nəticədə Jeleznyakın partiyası, eləcə də keçmiş prezident Pyotr Poroşenkonun (Avropa Həmrəyliyi) partiyası Zelenskidən Yermakın dərhal kabinetdən çıxarılmasını tələb ediblər.
Aydın Baxış
Bakı 



