• Bakı 10° C

    9.77 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Paşinyanla II Rafael arasında görüş baş tutdu

DÜNYA

20 Oktyabr 2025 | 09:26 | Müəllif: Əli Hüseynov

Paşinyanla II Rafael arasında görüş baş tutdu

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Vatikana işgüzar səfəri çərçivəsində Kilikiya erməni katolikosluğunun katolikos-patriarxı II Rafael Petros (XXI) Minasyanla görüşüb.

Bakıvaxtı.az bu barədə Ermənistan mətbuatına istinadla xəbər verir.

Belə ki, məlumata görə, görüşdə Ermənistanın daxili və xarici siyasəti, Azərbaycanla sülh prosesi və regional məsələlər müzakirə olunub.

Tərəflər həmçinin xristian dəyərlərinin qorunması və sosial mövzularla bağlı fikir mübadiləsi aparıblar. Katolikos-patriarx Paşinyana müqəddəs İqnatius Maloyanın yadigarını və dini mərasimlərdə istifadə edilən kilsə libasını hədiyyə edib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026