ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanını “NATO-dan kənar əsas müttəfiq” elan edib.
Bakıvaxtı.az xəbər verir ki, Ağ Evdə keçirilən tədbirdə ABŞ prezidenti iki ölkə arasında “strateji müdafiə sazişi”nin imzalandığını açıqlayıb.
Tramp Səudiyyə Ərəbistanının ABŞ-a 1 trilyon dollarlıq investisiya öhdəliyini və Krallığın 140 milyard dollarlıq silah və müdafiə sistemi alacağını xüsusi vurğulayıb.
Prezident çıxışında, həmçinin Qəzzada atəşkəs və yenidənqurma prosesində Səudiyyə Ərəbistanının fəal rolundan bəhs edib.
Səudiyyə vəliəhdi Məhəmməd bin Salman isə münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirərək Trampa təşəkkürünü çatdırıb.
Əli Hüseynov
Bakı 


