Ukraynaya yardım sıfır faizli kredit şəklində olacaq.
Brüsseldə 27 üzv dövlət, 2026-cı ilin ilk rübündə pulu tükənmək riski ilə üzləşən Ukraynanı maliyyələşdirmək üçün davamlı bir həll yolu tapmalı idi. Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, oktyabr ayında, ABŞ prezidenti Donald Trampın Amerika "kran"ının bağlanması qərarından sonra, Avropa liderləri növbəti iki il ərzində Kiyevə maliyyə və hərbi dəstəyin əsas hissəsini təmin etməyi öhdələrinə götürdülər. Bu maliyyələşdirmə ehtiyacları 137 milyard avro olaraq qiymətləndirilir və Avropa Birliyi (AB) bu məbləğin üçdə ikisini və ya 90 milyard avronu ödəməyi öhdəsinə götürür. Qalan məbləği Ukraynanın Norveç və Kanada kimi digər müttəfiqləri təmin etməlidir. Buna görə də, dondurulmuş Rusiya aktivlərindən istifadə etmədən Kiyevə kömək ediləcək. Kiyevə Avropa Birliyi büdcəsi tərəfindən maliyyələşdirilən sıfır faizli kredit veriləcək. Lakin Rusiya aktivlərinin istifadəsi ilə bağlı razılaşma Belçikanın güclü müqaviməti səbəbindən həftələrlə ləngiyib.
Aydın Baxış
Bakı 




