• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsrailin Ayn əl-Hilva düşərgəsinə hücumu: 13 nəfər həlak oldu

DÜNYA

19 Noyabr 2025 | 08:56 | Müəllif: Əli Hüseynov

İsrailin Ayn əl-Hilva düşərgəsinə hücumu: 13 nəfər həlak oldu

İsrail ordusu Livanın Səidə şəhərində yerləşən Ayn əl-Hilva Fələstinli Qaçqınlar Düşərgəsinə hava zərbəsi endirib.

Bakıvaxtı.az xəbər verir ki, hücum nəticəsində 13 nəfər həlak olub, onlarca yaralı var. Zərbənin Xalid Bin Vəlid məscidinin yaxınlığında baş verdiyi, əraziyə çoxlu sayda təcili yardım maşınının göndərildiyi bildirilib.

İsrail ordusu əməliyyata görə məsuliyyəti üzərinə götürərək düşərgəni HƏMAS-ın “təlim bazası” kimi hədəf aldıqlarını açıqlayıb.

Atəşkəs razılaşmasına baxmayaraq, hücumların davam etməsi bölgədə gərginliyin daha da artmasına səbəb olur.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026