• Bakı 18° C

    8.41 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

Trampın Venesuelada gizli hərbi əməliyyata icazə verdiyi iddia olunur

DÜNYA

19 Noyabr 2025 | 09:14

Trampın Venesuelada gizli hərbi əməliyyata icazə verdiyi iddia olunur

ABŞ prezidenti Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) Venesuelada gizli hərbi əməliyyatlar keçirməyə icazə verdiyi iddia olunur.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ mediasının yaydığı məlumatlara əsasən, Vaşinqton mümkün əməliyyatlara hazırlıqla yanaşı, Karakas administrasiyası ilə paralel gizli danışıqlar da aparır.

Məlumata görə, ABŞ-ın döyüş gəmilərinin, o cümlədən təyyarədaşıyan “USS Gerald R. Ford”un regiona göndərilməsi vəziyyəti daha da gərginləşdirib.

Venesuela rəhbərliyi isə ehtimal olunan hücum təhlükəsinə qarşı milyonlarla milis qüvvəsinin səfərbər olunduğunu açıqlayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 Noyabr 2025